» » SOSİAL İNFRASTRUKTUR
SOSİAL İNFRASTRUKTUR

SOSİAL İNFRASTRUKTUR2005-ci ildən bəri Gəncə avtomobil zavodunda prioritet məsələlərdən biri də sosial strukturun yaxşılaşdırılması olub. Tikintisi yarımçıq qalmış müəssisənin sosial obyektləri də eyni vəziyyətdə idi. Son 2 ildə isə sosial infrastrukturun qurulması və yaxşılaşdırılması üzrə xeyli iş görülüb.

Avtozavodun istehsal sahələrdən başqa kiçik təssərüfatı da var. Bu, 5 yaşayış binasından ibarət Avtozavod qəsəbəsi və Gülüstan yaşayış massivində yerləşən daha 1 yaşayış binası və yataqxanadır. Avtozavod qəsəbəsində 797 sakin, Gülüstan y/m-dəki yataqxana və yaşayış binasında isə ümumilikdə, 240 nəfər yaşayır. Qeyd edək ki, yataqxanada Kəlbəcərdən didərgin düşmüş 203 məcburi köçkün məskunlaşıb. Avtozavod rəhbərliyi onların problemlərini daim diqqət mərkəzində saxlayır və həlli üzrə çalışır. Bundan başqa avtomobil zavodunun nəzdində uşaq baxçası, qonaq evi, şahmat məktəbi və kitabxana fəaliyyət göstərir.

SOSİAL İNFRASTRUKTURMüəssisisə işçilərini isti yeməklə təmin olunması üçün qəsəbədə yeməkxana və çörək sexi təşkil olunub. Qeyd edək ki, zavod işçilərinin qidalanması təmannasızdı.


SOSİAL İNFRASTRUKTUR Ailələrə sosial dəstək siyasəti

Qəsəbə sakinlərin yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində daim lazımı tədbirlər həyata keçirilir. Qəsəbədəki mənzillərdən 171 özəlləşib. Avtozavod qəsəbəsinin ərazisində idman meydançası, istirahət parkı yaradılıb. Eyni zamanda, burada ərzaq dukanı və çörək köşkü sakinlərin xidmətindədir. Qəsəbədə təmizlik MİS tərəfindən ciddi nəzarətdə saxlanılır. Qəsəbə elektrik enercisi, təbii qaz və su ilə təmin olunur. Ərazidə transformator məntəqəsi, 1500 tonluq su hovuzu, 1 artezian quyusu fəalyyət göstərir. Gülüstan yaşayış massivində yerləşən avtozavodun yataqxanasının sakinləri üçün yeməkxana və çayxana xidmət göstərir. Qeyd edək ki, ərazidə quraşdırılmış artezian quyusu və 120 tonluq su hovuzu fəaliyyət göstərir.


SOSİAL İNFRASTRUKTUR



SOSİAL İNFRASTRUKTURXeyriyyəçilik

SOSİAL İNFRASTRUKTURAvtozavod nəzdindəki uşaq baxçası haqlı olaraq Gəncənin ən yaxşı məktəbəqədər müəssisələrindən biri hesab olunur.

Burada tərifə layiq təhsil prosesi həyata keçirilir. Uşaqlar ana dili ilə bərağər ingilis və rus dilləri öyrənir. Uşaqlara vətənpərvərlik ruhunda tərbiyə verilir. Burada 36 uşaq tərbiyə alır. Tərbiyə - təhsil prosesinə peşəkar müəllimlər və bu sahədə təcrübəsi olan mütəxəssislər cəlb olunub. Zavod işçilərinin uşaqları üçün baxçada tərbiyə-təhsil almaq ödənişsizdir. Avtozavod qəsəbəsi sakinləi üçün 50%. Digərlər üçün isə ödənişlidir.

SOSİAL İNFRASTRUKTUR